• $
  • €
  • ₽
  • ₺
  • £

Boris Conson iqamətgahını tərk etdi - VİDEO

Boris Conson iqamətgahını tərk etdi - VİDEO
06.09.2022 13:55
Böyük Britaniyanın  istefa vermiş Baş naziri Boris Conson həyat yoldaşı Kerri Conson ilə Dauninq-stritdə yerləşən iqamətgahını rəsmi olaraq tərk edib, bu barədə "Sky News” məlumat yayıb. 

Conson iqamətgahdan alqışlarla yola salınıb. 

İqamətgahın qarşısında çıxış edən Boris Conson yeni hökumətə istənilən zaman dəstək verəcəyini bildirib.

Boris Conson iqamətgahı tərk edərək Şotlandiyada yerləşən Balmoral qəsrinə yollanıb. O, burada rəsmi olaraq istefasını təqdim etmək üçün kraliça II Yelizaveta ilə görüşəcək. 

Bununla yanaşı, ölkənin yeni Baş naziri Liz Trass da kraliça tərəfindən qəbul ediləcək.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Liz Trass bu gündən Boris Consonu Baş nazir postunda əvəzləyəcək. 
 

57 yaşlı Boris Conson qətlə yetirilən Osmanlı İmperiyasının sonuncu Daxili İşlər Naziri (Daxili İşlər Naziri) Əli Kamalın nəvəsi Stenli Consonun oğludur. Əli Kamalın atası, Damat Ferit Paşa hökumətlərində Maarif və Daxili İşlər Naziri olmuş Hacı Əhməd Rıza Əfəndi 1813-cü ildə Çankırının Kəlfət kəndində anadan olmuşdur.

Keçmiş jurnalist olan Boris Consonun siyasi karyerası 2001-ci ildə parlamentə seçilməsi ilə başlayıb. 2008-2016-cı illər arasında keçirilən seçkilərdə qalib gələrək iki dəfə London meri vəzifəsini icra edən Conson 2016-cı ildə Brexit referendumunda Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üçün kampaniyanın önündə idi. Baş nazir Tereza Meyin hökumətində iki ilə yaxın xarici işlər naziri olmuş Conson 9 iyul 2018-ci ildə istefa verib.

Bir il sonra o, Tereza Meyin istefasından sonra Mühafizəkarlar Partiyasında liderlik yarışında qalib gəlib və baş nazir olub.


 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol