• $
  • €
  • ₽
  • ₺
  • £

“Leylanın skripkası” filmi Londonda təqdim olunacaq

“Leylanın skripkası” filmi Londonda təqdim olunacaq
06.09.2022 19:30
Sentyabrın 14-də Londonda "Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.
 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Yəhudi İcmasının və Azərbaycanın Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək tədbir İngiltərə paytaxtının tarixi məkanlarından biri olan "Regent Street Cinema”da baş tutacaq. Tədbir ekran əsərini səsləndirən Azərbaycan şairi Nigar Həsənzadənin moderatorluğu ilə aparılacaq.
 
Tədbir çərçivəsində Azərbaycanın əməkdar rəssamı Mehriban Əfəndinin əsərləri videoçarx formatında "Regent Street Cinema”nın foyesində nümayiş etdiriləcək.
 
Bu film Azərbaycan-Amerika bəstəkarı, musiqiçisi və yazıçısı Ella Leyanın rejissorluğu ilə çəkilib. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. "Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə - Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir.
 
Filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən "Natavan Qrup”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və gənc Hollivud aktrisası Sofiya Rossinski canlandırıblar.
 
"Leylanın skripkası” qısametrajlı bədii filmi Monako Film Festivalında "Mələk” ("Angel”) mükafatının qalibi olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol