• $
  • €
  • ₽
  • ₺
  • £

Daşaltıya ekoturizm marşrutları yaradılacaq

Daşaltıya ekoturizm marşrutları yaradılacaq
22.09.2022 19:30
Dövlət Turizm Agentliyi Şuşa rayonunun Daşaltı kəndinə ekoturizm marşrutları yaratmağı planlaşdırır.
 
Bu barədə Report-a qurumun sədr müavini Azadə Hüseynova məlumat verib.
 
"Daşaltı kəndinə müxtəlif piyada yollarının təşkil edilməsi, eləcə də bu ərazini Şuşa şəhəri ilə birləşdirən piyada yolun tədqiq edilməsi və öyrənilməsi nəzərdə tutulur. Daşaltının ekoturizm imkanları genişdir. Konseptual olaraq bu məsələni işləmişik, reallaşması isə tam olaraq bizdən aslı deyil, çünki təhlükəsizlik baxımından digər qurumlarla razılaşdırılmalıdır. Növbəti illərdə çalışacağıq ki, bu istiqamətdə real işlər görülsün”, - deyə o, qeyd edib.
 
Azadə Hüseynovanın sözlərinə görə, hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsiidir: "Şuşa zəngin mədəni irsi ilə Azərbaycanın mədəniyyət paytaxtıdır. Hazırda turizm nöqteyi nəzərdən planlardan birincisi Şuşanın mədəni məkanı kimi inkişaf etdirilməsidir. Artıq müxtəlif qurumlar birgə Şuşaya turlar təşkil edir".
 
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir qədər əvvəl bəyan edib ki, şəhərin girişində - Daşaltı kəndində turizm mərkəzləri tikiləcək və bu, Şuşanın turizm potensialını daha da artıracaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol