• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsirləri ilə bağlı görüntülər niyə yayımlanıb? - RƏYLƏR

Erməni əsirləri ilə bağlı görüntülər niyə yayımlanıb? - RƏYLƏR
03.10.2022 18:14
Azərbaycan hərbi qulluqçuları tərəfindən əsir götürülmüş erməni silahlı birləşmələrinin üzvlərinə qarşı nizamnamədən kənar hərəkətlərə yol verilməklə, əsirlərin  atəşə tutulduğu iddia olunur. Bunu təsdiq edən görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Bu hadisə iə bağlı  Azərbaycan siyasətçiləri və ekspertlərin  öz sosial şəbəkə hesablarında paylaşdıqları fikiləri təqdim edirik:
 
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində bildirib ki,  sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş ruhunu  artırımaq məqsədi daşıdığını bildirib.

"Hərbi təbliğat və müharibə dövrünün təbliğatı özünəməxsus xüsusiyyətlərə malikdir. Burada əsas məqsəd düşməni qeyri-humanist göstərmək, yəni təbliğat vasitəsilə onu normal insana xas bütün müsbət keyfiyyətlərdən məhrum etməkdir. Bunun da nəticəsində qarşı tərəf öz qoşunlarının döyüş ruhunun yüksəldilməsinə nail olur. Belə ki, hərbi qulluqçular hərbi əməliyyatlara daha çox həvəsənirlər. Bu, bütün ordularda istifadə olunan qaydadır. Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin motivasiya ilə bağlı problemi düşmənin əsas problemlərindən biri idi və Ermənistan hazırda da bu problemlə qarşı-qarşıyadır. Əsir düşməyə hazır olmaq, öz mövqelərini əmr olmadan və müqavimət göstərmədən tərk etmək, fərarilik Ermənistan Müdafiə Nazirliyinin gündəmindəki ən aktual məsələlərdir. Əminəm ki, bu mövzunun beynəlxalq arenada istifadə olunması cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş bacarığının artırılması məqsədi daşıyır.”, - Zülfüqarov bildirib.
 
Onun fikrincə,  bu videonun ortaya çıxması Avropa İttifaqı ölkələrinə qaz nəqli üçün qaz interkonnektorunun açılışı ilə təsadüfən eyni vaxta təsadüf etməyib.
 
"İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaqdır. Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğatçı elementlər və s. Kremlin Azərbaycan qazının Avropaya nəqlinə əngəl olmaqla bağlı sifarişinin yerinə yetirilməsidir. Sözügedən video Aİ-nin enerji təchizatı üzrə alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın həyata keçirilməsi səbəbi kimi yayılıb. Bu səbəbdən də, bu mövzu şərh edilərkən yuxarıda qeyd edilənlərin nəzərə alınmasını xahiş edirəm”, -  Zülfüqarov söyləyib.
 
 Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı  Aqil Abbas  bildirir ki, məlum video xüsusilə də  sosial şəbəkələrdə geniş əks-səda doğurub.  
 
"Əvvəla, müharibə görməyən, müharibəni qəzetlərdə və ya televiziyalarda izləyən döyüşdə  əsgərin  keçirdiyi hissi, düşdüyü stress vəziyyəti heç cür anlaya  bilməz. Bəlkə erməniləri güllələyən əsgərlərin Xocalıda və ya Ağdabanda, Qaradağlıda  atasını, anasını, bacısını, qardaşını güllələyən, işgəncə verən  erməni  vəhşiliyindən, faşizmindən xəbərsizsiniz? Mən ana tanıyırdım, əsirlikdə olanda gözünün qabağında oğlunun başını kəsmişdilər. Ana da havalanmışdı. O da düzdür ki, erməni vəhşiliyini dünya görmək istəmir, amma bizim əsgərlərin  kiçik bir  səhvi dərhal dünyada əks-səda yaradır. Yəni ermənilərin  aftafa götürənləri çoxdu. Ən pisi odur ki, bizim  içimizdə də belələri var. Müharibə müharibədi, o heç bir qanuna tabe deyil", - deputat bldirib. 

Aqil Abbas videonun köhnə olduğunu da  istisna etməyib.

Hərbi ekspert Elman Kərimovun fikrincə, bu video danışıqlar prosesin pozmaq, ermənistana vaxt qazandırmağa çalışmaq, Azərbaycanın nüfuzunu ləkələmək, qalib əsgəri gözdən salmaq niyyəti güdür. 

"Videonun şübhəli olması mənim kimi bir çox hərbi ekspertlərində diqqətini çəkib… Şübhəli məqamları göstərirəm…
 Atəş açılan anda kameranın məhz atəş istiqamətinə tuşlanması və geniş şəkildə göstərilməsi, videoda Azərbaycan əsgərlərinin üzünün göstərilməməsi ya da qismən uzaqdan bulanıq göstərilməsi, videonun qısa "tam lazım olan anı” əhatə etməsi, videoda danışıqların az və aydın olmaması, şərti erməni əsirlərin üzərinə atəş açan silahın başında xüsusi taxıcı alətin olması übhə yaradır",  ekspert bildirib.

Məsələ ilə bağlı Hərbi Prokurorluq bildirib ki, bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçünaraşdırmaaparılır.  Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
 
Ermənistanın news.am saytı yazır ki, oktyabrın 2-dən bəri sosial şəbəkələrdə yayımlanan erməni hərbi əsirlərin öldürülməsini əks etdirən video  Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin sədri Siranuş Saakyan rəfindən yayımlanıb.

Onun sözlərinə görə, iki hərbçinin şəxsiyyəti müəyyən edilib. 

"Video tədqiq edilib, yoxlanılıb, orijinaldır. Hadisə sentyabrın 13-də Azərbaycan əsgərlərinin iştirakı ilə İşxanasarda (Qızılcıq dağının bir hissəsi , - red)  baş verib. Bu, yeni yaradılmış komando birliyidir, Türkiyədə təlim keçiblər və təbii ki, NATO-dan müəyyən dəstək alıblar. Yenidən hazırlanmış bölmələr ermənilərə qarşı hərbi cinayətləri proqramlaşdırır və həyata keçirir”, - Saakyan qeyd edib.

 
Aytac Zeynalova
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol