• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəb ərazisi narkomanların məskəninə çevrilib? - Video

Bakıda məktəb ərazisi narkomanların məskəninə çevrilib? - Video
03.10.2022 22:31
Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 38 saylı məktəbin 3 hektarlıq ərazisi narkomanların məskən saldığı məkana çevrilib. Məktəbin həyətində istifadə olunmuş şprislər var və şagirdlər burada hər gün təhlükə ilə üz-üzədirlər. Mövcud vəziyyət şagirdləri, onların valideynlərini və məktəbin pedaqoji kollektivini narahat edir. Maraqlıdır ki, şagirdlərin təhlükəsizliyi necə qorunur? Ümumiyyətlə, əlaqədar qurumlar bununla bağlı hansı addımları atırlar?

Anews.az Xezerxeber.az-a istinadla xəbər verir ki, həm məktəb kollektivi, həm də ətrafda yaşayan sakinlər bu şprislərin narkomanların istifadəsindən sonra bura atıldığını güman edirlər.

Məktəbin direktoru Yaqut Əfəndiyeva deyib ki, 3 hektar ərazisi olan təhsil ocağında 960 şagird təhsil alır. Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə iki giriş qapısı olan bu təhsil müəssisəsinin yalnız ön qapısı istifadə olunur. Zirzəmilərin qapısı isə dəmir çərçivələrlə qapadılıb.

Məktəbin kollektivi vəziyyətlə bağlı həm Elm və Təhsil Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və ərazidəki 29-cu polis bölməsinə müraciət edib.

Məsələ ilə bağlı DİN-in şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, həmin əraziyə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub. Polisin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Ətraflı videomaterialı təqdim edirik


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol