• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP fəalının həbs müddəti bir il azaldılıb

AXCP fəalının həbs müddəti bir il azaldılıb
06.10.2022 11:06
Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Pünhan Kərimlinin həbs müddəti bir il azaldılıb və 5 il olaraq təyin edilib.  Bu barədə  Bakı Apellyasiya Məhkəməsində hakim Ramil Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən AXCP fəalı Pünhan Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunsa da, özü bu ittihamlar ilə razılaşmır. 

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətindən əvvəl etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb. Almaniya səfirliyindən bildirilib ki, ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.

Bir müddət əvvəl siyasi mühacirlərin Almaniyadan deportasiya olunması və daha sonra onların Azərbaycanda həbs edilməsi ilə bağlı "BBC News Azərbaycanca” Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirlikdən deyilib ki, ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdırlar və onlara məlum olan bütün hallarla bağlı əlaqə qurulub.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.

Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.

Ləman


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol