• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Azərbaycan əsirlərinə kobud rəftarı barədə 30 video var

Ermənilərin Azərbaycan əsirlərinə kobud rəftarı barədə 30 video var
06.10.2022 12:26
Erməni hərbçilərinin Azərbaycan əsirləri üzərində şiddət tətbiq etməsinə dair 30-a yaxın video material var,  bu barədə baş prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
 
Baş Prokuror Kamran Əliyev də məsələyə münasibət bildirib.
 
"Mən Ermənistan baş prokuroru ilə görüşüb əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. Amma bizim hərbçilərə qarşı qəddar münasibət faktları ilə bağlı heç bir cinayət işi açılmayıb", - o deyib.
 
Kamran Əliyev həmçinin qeyd edib ki, bəzi ölkələrin səfirləri və yüksək vəzifəli şəxsləri ermənilərin Azərbaycana qarşı  törətdiyi  cinayətlərə qarşı biganə münasibət bəsləyir. 
 
"Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının  meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən  tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilmişdir", - o əlavə edib.
 
Əliyev bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur.
 
"Təbii ki, bu kimi hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır. Hətta bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq. Azərbaycan hökumətinə vaxtından əvvəl panika şəklində təsir göstərmək yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır", - söyləyib.
 
N. Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol