• $
  • €
  • ₽
  • ₺
  • £

Atalar da analar kimi pul alacaqmı?

Atalar da analar kimi pul alacaqmı?
12.10.2022 12:31
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsinə edilən təklifələrə əsasən hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə 14 gün müddətində ödənişli məzuniyyət veriləcək. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.  
 
Ata olan kişilərə ödənişli məzuniyyətin verilməsi Əmək Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulub. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə yeni doğulmuş uşağa qulluğa görə atalara 14 gün ödənişsiz məzuniyyət verilir. Təcrübə göstərir ki, bu məzuniyyət ödənişsiz olduğundan  əksər atalar  işi buraxıb evdə körpələrinin yanında ola bilmirlər.  

Sosioloq Üzeyir Şəfiyevin fikrincə, atalıq məzuniyyətlərini ödənişli etməzdən qabaq kişilər arasında maarifləndirmə işi aparılmalıdır. 

"Kişilər məzuniyyətə çıxanda doğrudanmı uşağa  baxa biləcək və qadının gördüyü işləri görə biləcəklər? Qanunvericilikdə təkminləşdirmə işləri aparılmalıdır. Paralel şəkildə isə həm cəmiyyətdə, həm də hüquqi müstəvidə  iş aparılmalıdır. Daha sonra ödənişli şəkildə atalıq məzuniyyəti tələb edəcək məqama çata biərik”, - Şəfiyev bildirib.

Hüquqşünas  Leyla Bədəlovanın fikrincə isə,  analıq məzuniyyətinin 126 günü ödənişli olması,  atalıq məzuniyyətinin isə  ödənişsiz qalması düz deyil.

"Ananın da körpənin də qayğıya ehtiyacı var. Bu baxımdan atanın ödənişli məzuniyyətə çıxması məqsədəuyğundur. Çox vaxt atalar ödənişsiz məzuniyyət götürməkdən imtina edirlər. Buna da səbəb onların uşaq doğulduqdan sonra artan maddi ehtiyacları ödəməyə çalışmasıdır. Hüquqi cəhətdən atalıq məzuniyyətinin ödənişli  şəkildə verilməsi analıq məzuniyyətindəki kimi hesablanmalıdır. Atanın işləmədiyi günlər üçün normal maaşı verilməlidir”, -  Bədəlova bildirib.

Milli Məclisin VI çağırış deputatı Hicran Hüseynova da atalıq məzuniyyətlərinin ödənişli olmasının tərəfdarıdır. 

" Atalıq məzuniyyəti nisbətən yeni anlayışdır. Bu, analıq məzuniyyəti qədər yayılmış  olmasa da,  artıq bəzi ölkələrdə mövcuddur. Atalıq məzuniyyətindən istifadə ana və körpələrin  səhhətində yaranan fəsadların azalması,  qadının doğuşdan sonrakı ruhi sağlamlığının daha sürətli bərpası, ata ilə körpənin daha tez və möhkəm emosional bağlılığının yaranmasına müsbət təsir göstərir”,-  deputat qeyd edib.
 
Təhlillər göstərir ki, atalıq məzuniyyətinin tətbiq edildiyi ölkələrdə  ev təsərrüfatlarında əmək bölgüsü ilə bağlı münaqişələr 11%, cütlüklərin boşanma ehtimalı isə 30% azalıb.  Ataların valideyn məzuniyyətinə çıxdığı ailələrdə zorakılıq daha azdır.
 
Ləman Hafizi

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol