• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta “Vyetnam mazı” aşkarlanıb

Saxta “Vyetnam mazı” aşkarlanıb
11.10.2022 10:44
Azərbaycanda saxta "Vyetnam mazı” aşkarlanıb. Bu barədə  Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın "Danafa Farmasyutikal SC istehsalçısı göstərilib, "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək, "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.

AEM-in Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyasından verilən məlumata görə, təqdim edilən nümunələrdən "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 120621AZ, yararlıq müddəti: 21.06.2026-cı ilədək olan dərman vasitəsi Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçmiş və qablaşması təsdiqlənib. Həmçinin, sözügedən nümunənin təqdim olunan seriyası Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilib və idxalına icazə məktubu verilib. Sözügedən nümunənin yoxlanılan keyfiyyət parametrlərində uyğunsuzluq aşkar edilməyib.

Digər 2 sınaq nümunəsi - "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 190808AZ, yararlıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm” adlı, seriyası: 481108, yararlıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməyib və idxalına icazə məktubu verilməyib. Sözügedən nümunələrin tərkibində "levomentol”, "kamfora”, "sineol” və "evgenol” adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol