Parlament "Qrant haqqında” qanunu birinci oxunuşda qəbul etdi

"Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında təsdiq edilib.
Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
www.anews.az
























