• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə narkotik əməliyyatı - 27 nəfər tutuldu

Bərdədə narkotik əməliyyatı - 27 nəfər tutuldu
11.10.2022 21:30
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumulikdə 27 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər tutulub. Onlardan ümumilikdə 7 kiloqramdan artıq müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb. 

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən dövrlərdən bağlı qalan oğurluq əməllərinin üstü açılıb və cinayət əməllərini  törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində oğurluq edərək zərərçəkmiş şəxslərə 13 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib.

Bundan başqa keçirilmiş tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 2 nəfər də müəyyən edilib. Onlardan 1 "Kalaşnikov” avtomatı və 30 ədəd gülləsi, 1 "Makarov” tapançası və 4 ədəd gülləsi, 1 qundağı və lüləyi kəsilmiş tüfəng və 6 ədəd gülləsi aşkar olunaraq götürülüb. 

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, məhkəmənin qərarları ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol