• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Sadıqovun Bakıdan çıxışına icazə verilmədi

Elçin Sadıqovun Bakıdan çıxışına icazə verilmədi
27.10.2022 09:23
Ev dustaqlığında olan vəkil Elçin Sadıqov Bakıdan çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsi vəkilin ərizəsini təmin etməyib. 

Elçin Sadıqov qərardan apellyasiya şikayəti verib. Vəkil bildirib ki, ev dustaqlığıyla bağlı məhkəmə qərarlarının əksəriyyətində şəxslərə Bakını yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur. Sadıqov bununla vəkil kimi fəaliyyətinin məhdudlaşdırıldığını deyib: "Həbsimdən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərimin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur. Vəkillər müstəqildir, onların fəaliyyəti heç kimdən asılı deyil. Mən bölgələrdə vətəndaşların hüquqlarını müdafiə etmək üçün kimdənsə icazə almalı deyiləm. Binəqədi Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edirəm və həmin qərardan apellyasiya şikayəti vermişəm. Ümid edirəm, Bakı Apellyasiya məhkəməsində Məhkəməsi ərizəni təmin edəcək".

 Elçin Sadıqov bir müddət əvvəl Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Həmin qərarda ona bir sıra qadağalar qoyulub ki, onlardan biri də ev dustaqlığı dövründə Bakı ərazisini tərk etməməklə bağlıdır.(Apa)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol