• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq
29.10.2022 18:30
Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir. Bunu Modern.az-a açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib.
 
Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:
 
"Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”.


Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: "Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”.
 
Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. 
 
Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol