• $
  • €
  • ₽
  • ₺
  • £

FHN polkovniki qəzada 2 gənci öldürüb hadisəni ört-basdır edir? - Açıqlama

FHN polkovniki qəzada 2 gənci öldürüb hadisəni ört-basdır edir? - Açıqlama
31.10.2022 10:19
8 oktyabr 2022 ci il tarixində Bilgəh-Nardaran istiqamətində "Range Rover” markalı avtomobili yüksək sürətlə idarə edən şəxs qarşıdan gələn "KIA” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində qarşıdakı avtomobildə olan 2 gənc - Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olub, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb, 22 gündür komadadır.

Bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında paylaşım edib.

O iddia edir ki, qəza olan zaman polislər "Range Rover”in dövlət nömrə nişanlarını söküblər.

"Ərazidə nə qədər mağaza, obyekt var, gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də "Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir.

Araşdırdım və məlum oldu ki, "Range Rover”in üzərində "10DF090” dövlət nişanı olub. Nömrə 1978-ci il təvəllüdlü, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir, 2013-cü ildə İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Polkovnikin adına "90ND700" nömrəli "MINI COOPER”, "10GV700" nömrəli "LEXUS LX570”, "10BS700" nömrəli "BMW 740LI”, "10DF090" nömrəli "RANGE ROVER”, "10HA700" nömrəli "PORSCHE PANAMERA”, "90HD700" nömrəli "KIA OPTIMA” markalı avtomobillər var.

Cinayəti törətdikdən sonra başqa bir şəxs tapıb və o, qəzanı üzərinə götürüb, özü isə cinayətdən yayınaraq məsələni ört-basdır etməyə çalışır”.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı istintaq hərəkətləri aparılır.

"Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol