• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücülərə bayram günləri ilə bağlı müraciət

DYP-dən sürücülərə bayram günləri ilə bağlı müraciət
06.11.2022 14:27
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə yollarda xoşagəlməz halların yaşanmaması üçün hər bir yol hərəkəti iştirakçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Bu barədə İdarədən bildirilib.

Bayramla əlaqədar qeyri-iş günlərində avtomobillə səfərə çıxmağa hazırlaşan sürücü və sərnişinlərdən isə aşağıdakı tövsiyələrə biganə qalmamaq xahiş olunur.

"Hazırda havaların yağmurlu olmasını da nəzərə alaraq, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməli, yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirməli, sürəti hava şəraitinə uyğun seçməli, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Mövsümlə əlaqədar mümkün qədər günün işıqlı vaxtında yola çıxmağa üstünlük verilməli, nəqliyyat vasitəsini yuxusuz, yorğun halda idarə etməkdən çəkinməli və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin vacib olduğunu unutmamalıyıq. Təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlaması mütləqdir".

"Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün gücləndirilmiş iş rejimində xidmət aparan Dövlət Yol Polisi bir daha qeyd edir ki, hər bir yol hərəkət iştirakçısı qaydalara əməl etməklə bayram günlərinin yalnız sevincli anlarla yadda qalmasına töhfə vermiş olar”, - müraciətdə qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol