• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-dan Sabir Rüstəmxanlıya sərt cavab

AMEA-dan Sabir Rüstəmxanlıya sərt cavab
10.04.2014 13:35

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Yaqub Mahmudov Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə fikirlərinə cavab verib.

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, Yaqub Mahmudov Sabir Rüstəmxanlının institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağının düzgün addım olmadığını söyləyib: “Sizi narahat edən 7 cildlik “Azərbaycan tarixi” 2003-cü ildə işıq üzü görüb. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olmuş və haqlı narazılıq doğurub”.Qeyd edək ki, bir müddət bundan öncə xalq şairi Sabir Rüstəmxanlı kütləvi informasiya vasitlərinə müsahibəsində AMEA-ının Tarix İnstitutunu keçmiş konsepsiyadan “qopa bilməməkdə”-lə günahlandırmışdı.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol