• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş deputat yeni sayt AÇDI

Keçmiş deputat yeni sayt AÇDI
08.11.2022 13:43
Sabiq deputat, jurnalist Etribar Hüseynov Protest.az adlı sayt açıb.

Bu barədə Etibar Hüseynov özü açıqlamasında bildirib.

"Protest.az domenini aylar əvvəl almışdım. Amma hər dəfə qollarımı çirmələyib "Bismillah” deyib işə başlamaq istəyəndə, qarşıya çıxan gözlənilməz problemlər nəticəsində təxirə salmalı olurdum. Qismət Zəfər gününə imiş - mənim aləmimdə çağdaş Azərbaycan tarixinin ən möhtəşəm gününə. Bu günün kölgəsinə sığındığımıza görə başda Ali Baş Komandanımız olmaqla bütün Şəhid və Qazilərimizə minnətdarıq. Çalışacağıq ki, bu günün adına layiq olaq”.

Etibar Hüseynov deyib ki, indi hər sayt açan jurnalist "tam müstəqil”, "obyektiv” olacağını vəd edir, o isə belə vədlər verməyəcək:

"Mən o cür ütülü, çeynənmiş, yarımfabrikat sözlərdən uzaq duracam. Zatən bu sahədə onsuz da hamınız necə deyərlər, "dabbaqda gönümə bələdsiz”. Ona görə də hər şeyi təvazökarlıqdan kənar, səmimi söyləyəcəm: Bu sayt əsasən mənim saytımdır. Mənim sözümün, mənim yolumun, mənim əqidəmin aynasıdır. Burada heç bir "velosiped" kəşfinə rast gəlməyəcəksiniz. Digər tərəfdənsə, bu həm də hamının saytıdır. Burada sosial-siyasi statusundan, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq hamı öz sözünü deyə bilər. Yetər ki, dediyinin arxasında dursun. Bu ən başlıca şərtdir”.

Eks-deputatın sözlərinə görə, Protest.az Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbər və araşdırmaları da oxuculara çatdıracaq.

"Bununla yanaşı müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq. Protest.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək".
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol