• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid övladından atası ilə bağlı təsirli PAYLAŞIM

Şəhid övladından atası ilə bağlı təsirli PAYLAŞIM
08.11.2022 21:00
Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli paylaşım edib.
 
şəhid övladının atası haqqında yazdığı statusu olduğu kimi təqdim edirik:
 
"Canım, gözüm, fəxrim atam. Ata sən mənim, Azərbaycanın qəhrəmanı, qürur mənbəyisən. Ata sənin üçün çox darıxmışıq, səni görmək, səninlə söhbət etmək üçün nələrimi verərdim bir bilsən. Amma, bu gün həm kədərli, həm qürurluyam. Çünki ata, bu gün sənin və sənin kimi bu Zəfər yolunda canından, qanından keçmiş, şərəfli Vətən övladlarının günüdür.
 
Atam, sən bizdən narahat olma heç vaxt sənin övladların, görmək istədiyin yerlərdədir. Bizim borcumuz sənin adını uca tutmaqdır və uca tutacağıq daima.
 
Atam, bu gün Şəhidlər Xiyabanına ziyarətinə gəlmişdik, hiss etdinmi? Gördünmü bizi? Azərbaycan xalqı orada idi, qürurlandın, fəxr etdin, əminəm. Çünki sən əminsən ki, əbəs yerə can verməmisən. Çünki bu xalq səni unutmadı, unutmayacaq və unutmağa qoymayacaq.
 
Azaddır torpaqlarımız, azaddır həsrətində olduğun Şuşa. Artıq, yerli sakinlər ora əmin amanlıqla gedir və gedəcək. Bunu siz bacardınız, öz qanınız və canınızla. Haqq uğrunda savaşdın, yorulmadın, bezmədin üzündə hər zaman Vətən gülüşü var idi.
 
Son tapşırığını şərəfli, peşəkar zabit kimi fəxrlə yerinə yetirərək şəhid oldun.
 
Zəfəriniz mübarək olsun, əziz şəhidlər, zəfəriniz mübarək olsun, əziz həmvətənlərim, Zəfərin mübarək olsun Azərbaycan, Zəfərin mübarək olsun ATAM!
 
Xatırladaq ki, polkovnik İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol