• $
  • €
  • ₽
  • ₺
  • £

“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib

“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib
09.11.2022 19:00
"Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib.

"Report” xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən məlumat yayıb.

"Bu gün sizə "Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulla bağlı moratoriumun müddətini uzatmaqla daha kompakt və effektli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - Zukerberq bildirib.

CNBC-də dərc edilən məqalədə bildirilib ki, kütləvi ixtisarların səbəblərindən biri "Meta”nın gəlirlərinin kəskin azalmasıdır. Şirkətin rəhbəri zəif göstəricilərə görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi.

"Meta” şirkəti Feysbuk və İnstaqram sosial şəbəkələrinin sahibidir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol