Bakıda dönərxanada yanğın olub

Bakıda dönərxanada yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli obyektin (dönərxana kimi fəaliyyət göstərir) xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 3 ədəd elektrik açarı yanıb. Obyekt yanğından mühafizə olunub.
www.anews.az
























