• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa düşmən dövlət elan edilsin - Tahir Kərimli- VİDEO

Fransa düşmən dövlət elan edilsin - Tahir Kərimli- VİDEO
16.11.2022 17:53
Fransa düşmən dövlət elan edilsin. Bunu Milli Məclisin deputatı Tahir Kərimli Fransa senatının qəbul etdiyi qətnamənin müzakirəsi zamanı deyib. 


 "Onlar Səlib yürüşü zamanı bugünkü Hələb şəhəri ərazisində yerləşən minlərlə türkü qılıncdan keçirib ətlərini yeyirdilər. Çünki ət çatışmazlığı var idi. İnsan ətllərini yeyirdilər. Natəmiz, əxlaqsız millətin başçısı da belə olar”-deputat çıxışında bildirib. 


Tahir Kərimli müzakirə zamanı məsələ ilə bağlı bir neçə təklif irəli sürüb. 

"Hesab edirəm ki, Fransa əsl düşməndir. Ona görə də, təklifim bundan ibarətdir ki, Fransa düşmən dövlət elan edilsin. Düşmənçiliyin bundan artıq səviyyəsi olmaz. Fransada hökumət yaxşı bilmirmi ki, Arxstak olanda ermənilər həmin torpaqda yaşamayıblar? Orda albanlar yaşayıblar”,-deputat bildirib. 


Millət vəkili hesab edir ki, türklərə və müsəlman xalqlarına qarşı açıq nifrət var. 

"İkinci təklifim ondan ibarətdir ki, Fransadakı məsləhətləşmələrlə bağlı olaraq səfirimiz təcili geri çəkilsin. Ümumiyyətlə, Azərbaycandakı Fransa Səfirliyi, bütün diplomatik korpus persona non-grata (arzuolunmaz şəxs, şəxslər)  hesab olunsun. Onlar bizə lazım deyil”,-o deyib. 


Tahir Kərimli çıxışında Fransanın Əlcəzairədə soyqırım törətdiyinə dair qətnamə qəbul edilməsi təklifini də irəli sürüb. 
"Fransanın məkrli planlarına qarşı çıxan bütün dövlət və təşkilatlarla diplomatik və digər əlaqələri gücləndirməliyik”,-deputat bildirib. 


Bu gün Azərbaycan Milli Məclisi Fransa senatına qarşı qətnamə qəbul edib.
 
 

 
Gülnar Nazimqızı
Lida Abbaslı
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol