• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni seçilən direktorların adları açıqlandı - SİYAHI

AMEA-da yeni seçilən direktorların adları açıqlandı - SİYAHI
09.04.2014 17:55
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademiyanın bir sıra elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor vəzifələrinə seçkilər keçirilib. AMEA Rəyasət Heyətinin bugünkü iclasında seçkilərin nəticələri nəzərə alınaraq AMEA institutları və elmi müəssisələrinin 19 direktoru vəzifəsinə təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun direktoru seçilib. Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Coğrafiya İnstitutunun, Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunublar. Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiqlənib. Digər qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov isə mərkəzin elmi katibi vəzifəsinə təyin ediliblər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol