İcra başçısı narazı Pirşağı sakinləri ilə görüşdü

Bu gün səhər saatlarında etiraz aksiyası keçirən Pirşağı sakinləri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüblər.
Görüşdən sonra Adil Vəliyev APA-ya açıqlamasında deyib ki, sakinlərə müəyyən köməklik olunacaq.
Sakinlər isə bildiriblər ki, görüşdə onlara ödəniləcək kompensasiyanın məbləğinin artırılacağına söz verilib. Eyni zamanda onlara boş yerlərdə müvafiq torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğu da deyilib. Daha sonra İH başçısı söküntü işlərinin aparılacağı ərazilərə baxış keçirib. ANN.AzSon xəbərlər 
Daha çox 























