• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə müraciət ETDİ

DYP sürücülərə müraciət ETDİ
03.12.2022 14:56
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib.
 
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başa düşülən anlayışdır.
 
"Dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
 
Bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyi üçün daim qayğı göstərmək hər birimizin vəzifəsi olmaqla yanaşı insanlıq borcudur.
 
Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.
 
İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də düzgün nümunədir.
 
Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - DYP rəsmisi vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol