• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev suallara cavab verməkdən yayınır - DEPUTAT

Sahil Babayev suallara cavab verməkdən yayınır - DEPUTAT
05.12.2022 12:07
Büdcə layihəsi zamanı bəzi sosial problemləri gündəmə gətirməyimə baxmayaraq, Sahil Babayev onlara cavab verməkdən yayındı. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Qaldırdığımız məsələlərə lazımı səviyyədə cavab ala bilmirik. Plenar iclas zamanı da bir neçə sosial məsələlərə toxundum. İclasda çıxış edən Sahil Babayev bu məsələlərin üstündən keçdi. Elə yerlər var ki,  300 manatla dolanmaq mümkün deyil. Təklif edirəm ki, bunu 500 manata qaldıraq. Daha sonra Sahil Babyev 600 min uşağa sosial müavinət verildiyini açıqladı. Amma bunun hesabatı verilmədi. Pensiya yaşı ilə əlaqədar fikirlərimizə cavab almırıq. Gəlin oturaq müzakirə edək, niyə qaçırsınız? Bizim suallar açıq qalır. Bir neçə gün öncə qəbul zamanı insanların çoxu mənə pensiya və sosial müavinətlərin ala bilməməsindən narazılıq edirdi. Elektron sistemə keçilib, deyə cavab almaq çətinləşib. Təklif edirəm ki, bununla bağlı müzakirələr açaq”, - deputat bildirib. 

Maliyyə naziri Samir Şərifov Vahid Əhmədova cavab olaraq bildirib ki, pensiya yaşından danışdıqda olduqca diqqətli olmalıyıq.

"Pensiya yaşının süni artrılması və azaldılması problemlər yarada bilər. Ömür uzunluğu dinamikası müsbətdir. Bu məsələ istəklə bağlı olan məsələ deyil. Əvvəl 12 il ştajı olan adam pensiya ala bilirdi. Amma indi normal pensiya əldə etmək üçün  pensiya fonduna 35 il işləyib pul ödənilməsi lazımdır”, - nazir bildirib.
 
Nazir açıqlayıb ki, bu məsələdə olduqca məsuliyyətli olmalıyıq və o pulu verməklə digər başqa problemlər yarada bilər.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol