• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir

"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir
25.11.2022 18:01
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator "Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün hesablanıb.

İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran "Nar+” tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur. Sorğuların sayı artsa da, "Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə artaraq 88%-ə çatıb.  Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa,  "Nar” internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda "Facebook”, "Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.

Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin xidmətdən razılıq səviyyəsi 89% olub. "Nar”ın yenilənmiş xidmət mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıq səviyyəsi isə artaraq 98%-ə çatıb.

 "Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol