• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

“Nar” yerli İT peşəkarlarının yetişməsinə dəstək olur
25.11.2022 20:24
Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş "Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edildi. 


 Yeniliklərlə tanış olmaq məqsədilə, "Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.


"Azerfon” MMC-nin ("Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür etdi. ""Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada, universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirdi.


Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğuladı: "Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”


 "Nar” GSM Laboratoriyası 2013-cü ildə "Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. 


Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol