• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10.12.2022 10:32
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
İdarənin İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib ki, hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur.
 
"Bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.
 
Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
 
Yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik", - qurumun məlumatında qeyd edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol