• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dərmanların gətirilməsində dəyişiliklər gözlənilir

Azərbaycan dərmanların gətirilməsində dəyişiliklər gözlənilir
13.12.2022 11:47
Azərbaycana şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı yeniliklər olacaq. Bunu Dövlət Gömrük Komitəsinin müvəqqəti icra edən şəxs Şahin Bağırlı Parlamentin bu gün keçirilən komitə iclasında Gömrük Məcəlləsinin müzakirəsi zamanı deyib.
 
"Hazırda Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır.Yaxın vaxtlarda bununla bağlı hökumətə yeni layihə təqdim olunacaq, - Bağırlı deyib.
 
Deputat Vahid Əhmədov çıxışında bildirib ki, Azərbaycanda dərmanların qiyməti həddindən artıq bahadır. Bu məsələ diqqətdə saxlanılmalıdır.
 
"İnsanlar ərzaqın bahalaşmasına bu qədər etiraz etmir. Əlaqə xərclər nə qədər olsa belə dərmanların 7-8 dəfə baha olması doğru deyil. Bu məsələyə nəzarət mexanizmi olmalıdır. Mən Türkiyədə 4 manata aldığım dərmanı Bakıda 28 manata satırlar. Bu məsələni diqqətdə saxlamaq lazımdır" - Əhmədov bildirib.
 
Millət vəkili Ziyad Səmədzadə də dərmanların qiymətinin yüksək olmasına narazılığını bildirib.
 
"Mən Azərbaycanda 1000 manata aldığım dərmanları Türkiyədə 60-70 manata almışam. Şəkər dərmanları istifadə etdiyim üçün həmin dərmanların da Azərbaycanda çox baha olduğunu bilirəm. Təklif edirəm ki, qiymətlərin baha olmasına nəzarət olsun", - deputat çıxışında deyib.
 
Gömrük Komitəsinin müvəqqəti icra edən Şahin Bağırlı bildirib ki, dərmanların qiymətinin baha olması gömrüklə bağlı məsələ deyil. Bu dərman şirkətlərinin digər xərcləri ilə bağlı ola billər. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol