• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat təhsil nazirinə səsləndi - O müəllimi işə qaytarın

Deputat təhsil nazirinə səsləndi - O müəllimi işə qaytarın
27.12.2022 12:58
Millət vəkili Aqil Abbas Parlamentin bu gün keçirən iclasında Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək bir neçə gün öncə məktəbdən qovulan kişi müəlliminin məktəbə qaytarılmasını xahiş edib. Deputat bunu "Təhsil haqqında” qanunun müzakirəsi zamanı bildirib.
 
"Müəllimlərin üzərinə çox düşmüşük. Bir neçə gün öncə 30 illin müəllimini şagirdə sillə vurduğu üçün işdən qovublar. Şiddətə qarşıyam, hesab edirəm o müəllimə töhmət verilməklə cəza tətbiq etmək olardı. Heç kim də o müəllimin hüququnu qorumur. Müəllimləri belə uzaqlaşdırmaq olmaz. İndi valideyn müəllimlərə qul kimi baxır. Sanki nə istəsələr edə bilərlər. Keçmişdə nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı. Həmin şagirdlər elə tərbiyə alardılar ki, onlarına rasında vəzifə sahibləri olanlar da olardı. İndi şagird müəllimin başına çıxır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşına bərabərdir. Buradan nazirə səslənirəm ki, kişi müəllimlərin qıtlığı olduğu bir zamanda həmin müəllimi işə qaytarsın"- deputat bildirib. 
 
Aqil Abbas həmçinin ibtidai sinif uşaqlarının çantalarının çox ağır olmasına narazılığını bildirib. 
 
"dəfələrlə bu barədə danışmağa baxmayaraq problem həllini tapmır. Uşaqlar gələcəkdə qozbel olacaq. Nə qədər deməyimizə baxmayaraq yenə eyni şeydir- köhnə hamam,köhnə tas. Orta məktəb çantası bu ağırlıqda ola bilməz"- deputat söyləyib. 
 
Deputat Etibar Əliyev Aqil Abbasa cavab olaraq bildirib ki, həmin müəllimin məktəbdə bununla bağlı hər hansı qərarın olmasını gözləmədən özü ərziə yazaraq işdən çıxıb. 
 
"Təhsil haqqında" qanunun müzakirəsi zamanı deputat Fəzail Ağamalı təklif edib ki, bu qanun Parlamentin növbəti sessiyasında yenidən işlənib hazırlanmalıdır.
 
"Bu qanun yenidən hazırlanmaııdır. Bu gün repititorlar təhsilin evini yıxıb. Bütün dünyada bir imtahan verirlər. Bizdə isə bu qarışıq məsələyə çevrilib"- deputat deyib.
 
Fəzail Ağamalı Parlamentin spikeri Sahibə Qafarovadan xahiş edərək bildirib ki, bununla bağlı qərar qəbul etsin.
 
Spiker Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyevə təklif edib ki, bu qanunla bağlı dinləmələr keçirilsin. 
 
Deputat Sabir Rüstəmxanlı da "təhsil haqqında" qanunla bağlı bir neçə təkliflərini irəli sürüb.
 

Gülnar Nazimqızı 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol