• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndində yaşayan ermənilər ərzaq qıtlığının 26-cı günündə olduqlarını bildiriblər

Xankəndində yaşayan ermənilər ərzaq qıtlığının 26-cı günündə olduqlarını bildiriblər
06.01.2023 14:57
Xankəndində yaşayan ermənilər  Laçın yolunun bağlı olmasına görə 26 gündür şəhərdə ərzaq tapmadıqlarını bildirirlər.

Bu barədə BBC News məlumat verir

"Mağazalar boşdur, şəhərdə heç bir meyvə və ya tərəvəz tapa bilmirsən. Əsas dərmanlarda da vəziyyət eynidir", - Xankəndidə yaşayan Marut Vanyan deyib.
O bildirib ki, Xankəndi və onu əhatə edən kəndlərə bütün tədarüklər dayanıb, çünki 26 gündür ki, yeganə yol blokadadır.

"Mən şəhəri qidalandıran əsas bazarın düz yanında yaşayıram və o, bir müddətdir bağlanıb, orada qurudulmuş kəklikotu satan yalnız iki xanım var", - Vanyan adlı jurnalist BBC-yə belə məlumat verib.

Etnik ermənilərin yaşadığı ərazilərə ərzaq, tibbi ləvazimat və insanların yeganə marşrutu Laçın dəhlizi kimi tanınan yoldur. O, Qarabağla Ermənistan Respublikası arasında yeganə əlaqədir.

Dörd həftəyə yaxındır ki, Şuşa şəhərinin kənarında çadırlar quran azərbaycanlı etirazçılar tərəfindən yol bağlanıb. Xankəndiyə baxan bu şəhər 2020-ci ildə regiona nəzarət etmək üçün Ermənistanla müharibədə Azərbaycan tərəfindən geri alınıb.

"Özlərini ekoloji fəal kimi təqdim edən etirazçılar Qarabağ daxilindəki mədən sahələrinə giriş tələb edirlər”, - BBC yazıb.
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.  
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Lida Abbaslı 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol