• $
  • €
  • ₽
  • ₺
  • £

Əli İnsanovdan qızıl külçələrlə bağlı - Açıqlama

Əli İnsanovdan qızıl külçələrlə bağlı - Açıqlama
06.01.2023 15:50
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Partiyanın feysbuk səhifəsində yerləşdirilmiş açıqlamada məlumatlar qarayaxma adlandırılıb.

"Sabiq səhiyyə naziri Əli İnsanovun Xızıda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər.

Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

 2005-ci ildə siyasətçinin həbsi ilə bağlı onun dəbdəbəli villasında axtarış aparılmış və təxminən 40 kiloqram həcmində qızıl külçələr müsadirə olunmuşdu. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol