• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi Caspian PlatForum-un ofisi boşaldılır

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi Caspian PlatForum-un ofisi boşaldılır
16.01.2023 13:37
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi "Caspian PlatForum”, o cümlədən Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" İnsan Haqları təşkilatının qərarlaşdığı ofis boşaldılır. Bu barədə "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi Zaur Əkbər öz facebook hesabında məlumat yayıb.
 
O bildirib ki, ofis 2015-ci ildən fəaliyyət göstərirdi, Bəxtiyar Hacıyevin həbsindən sonra isə qadağalarla üzləşib.
 
"Altı il fəaliyyət göstərdiyim, Bəxtiyar Hacıyev, Ziya Quliyev və Rail Abbasovla birgə bölüşdüyümüz ofisi tamamən təhvil veririk. Səbəb isə aydındır. Hakimiyyətin Caspian Plaza rəhbərliyinə ciddi təyziqi tək bizə deyil, ofisimizdən yararlanan onlarla vətəndaş cəmiyyəti təşkilatlarına, ümumilikdə isə vəziyyəti heç də yaxşı olmayan vətəndaş cəmiyyətinə vurulmuş zərbədir",- o bildirib.


Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin həbsindən sonra  "Caspian Plaza” rəhbərliyi ilə danışanda heç olmazsa, "Caspian PlatForum” fəaliyyət göstərməsini istəyiblər.
 
"Onlar bizə məsləhət gördülər ki, ola bilsin yaxın günlərdə yaxın günlərdə Bəxtiyar buraxıla bilər, bizdə hansısa ümidlər var, gözləyək Bəxtiyar Hacıyev özü çıxsın. Çünki biz müqaviləni onunla bağışlamışıq. Gəlsin söhbət edək, yenidən bu məsələləri müzakirə edək. Biz də dedik yaxşı, ancaq elə oldu ki, Bəxtiyar Hacıyevin qanunsuz həbsi uzadılası oldu, həbsdə qalası oldu və biz yenidən məcbur olduq ki, "Caspian Plaza” rəhbərliyi ilə görüşək. Bizə açıq şəkildə deyildi ki, rəhbərlik ofislə bağlı yekun qərarı verib. O qərarı bizə sənəd şəklində çatdırdılar ki, biz yanvar ayının sonunda ofisin müqaviləsinə xitam veriləcək və siz heç bir halda burada fəaliyyət göstərə bilməzsiniz”.- o vurğulayıb.

Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəbonun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol