"BakuBus”un vergi borcu 2 milyon manatı ötüb

"BakuBus” MMC-nin yığılmış vergi borcu 2 milyon manatı ötüb. Bu barədə borclar üzrə elektron xidmətindən məlumat verilib.
"BakuBus” MMC-nin bu il yanvarın 15-nə olan yığılmış vergi borcu 2 milyon 87,216 min manat təşkil edir.
Nizamnamə kapitalı 3 milyon manat olan dövlət şirkətinin qanunu təmsilçisi Elnur Maqsud oğlu Qarayevdir. Şirkətin maliyyə hesabatları rəsmi elektron səhifəsində açıqlanmadığı üçün vergi borcunun nədən qaynaqlandığı məlum deyil.
www.anews.az
























