• $
  • €
  • ₽
  • ₺
  • £

Şəbəkənin genişləndirilməsi nəticəsində Azercell-in internet trafiki 40% artıb

Şəbəkənin genişləndirilməsi nəticəsində Azercell-in internet trafiki 40% artıb
26.01.2023 14:28
"Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndirməyə davam edir


"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq ötən ilin  avqust ayında şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə bir sıra mühüm işlər görüb. Lider mobil operator Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salaraq  bütün Fəvvarələr Meydanı ərazisi boyu bu texnologiyanı sınaq rejimində istifadəyə verib. Paralel olaraq, cəmi 5 ay ərzində Azercell 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında  təkmilləşdirmə işləri aparılıb. Yeni quraşdırılan baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Göyçay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki,  Şabran və Qəbələ zonalarını əhatə edib. 
2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində  40% artım müşahidə edilib. 

Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan Azercell, Qarabağda da "yaşıl” texnologiyaların tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır. 

Hazırda Qarabağda Azercell-in 100-ə yaxın baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.  

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan Azercell mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə dair layihə çərçivəsində Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol