• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zəncirvari qəza - FOTO

Bakıda zəncirvari qəza - FOTO
02.04.2014 09:24
Bakının Səbail rayonu, Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisəs baş verib. Hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb. Qəza zamanı Tofiq Həşimovun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə İsmət Nəzərovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi “Audi” markalı avtomobilləri əzib. Daha sonra isə avtomaşın Kamil Sadıqovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ 2106” deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “BMW” markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub. Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac da müşahdə olunub. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub. Baş vermiş avtoqəza ilə bağlı araşdırma başlanılıb, müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin edilib. //Anspress
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol