• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın dəhlizindən daha altı xəstə Ermənistana aparılıb

Laçın dəhlizindən daha altı xəstə Ermənistana aparılıb
07.02.2023 13:09
Fevralın 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda olan 6 nəfər xəstə laçın dəhlizi ilə Ermənistana aparılıb. Bu barədə Ermənistan mətbuatı yazıb. 

Laçın dəhlizində aksiya başlayan gündən bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 76 xəstə Qarabağdan Ermənistana aparılıb.
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol