• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İranda zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərir

Rusiya İranda zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərir
08.02.2023 10:45
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi yanvarın 28-də baş vermiş zəlzələdən zərər çəkən İrana 35 ton humanitar yardım çatdıracaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respublikasına humanitar yardım çatdırmaq üçün Jukovski hava limanından havaya qalxıb. Rusiya hökumətinin göstərişi ilə ümumi çəkisi 35 ton olan humanitar yük gətiriləcək. Buraya yanvarın 28-də ölkənin şimal-qərbində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş vətəndaşların prioritet həyat təminatı üçün lazım olan hər şey daxildir”, - paylaşımda qeyd olunub. 

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, yüklərə şəkər, un, bitki yağı, çadırlar, isti yorğanlar, sobalar və səyyar elektrik stansiyası daxildir.

İranın Xoy şəhərində zəlzələnin gücü 5,9 bal olub. Təbii fəlakətin episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 23 km cənub-şərqdə yerləşib.  Qərbi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd Sadiq Motamediyanın sözlərinə görə, qurbanların sayı 1167 nəfərə çatıb. İran Qızıl Aypara Cəmiyyətinin baş katibi Yakub Süleymaninin sözlərinə görə, qurbanlara 7 minə yaxın çadır, 30 müvəqqəti çadır paylanıb. yaşayış düşərgələri yaradılıb, burada insanlara yorğan, qızdırıcı və yemək dəstləri verilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol