• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı
09.02.2023 12:32
Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlərin Xətai Rayon Məhkəməsinin təmin etməməsi qərarından apellyasiya şikayətinə baxlıb. Bu barədə onun vəkili Vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə iclasında Bəxtiyar Hacıyev də iştirak edib. Ancaq apellyasiya məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
"Onun səhhəti artıq yaxşı deyil. Həddindən çox arıqlayıb. Dünən axşam halı pisləşib. Hətta titrətməsi olub. Həkim ona dərman verməyib. Bildirib ki, mədəsində problem ola bilər. Bu gün ağrılar ona yatmağa imkan verməyib, yalnız səhər saat 4.30-da yuxuya gedə bilib. Aclığı hələ də davam etdirir.”
Bundan əlavə vəkil qeyd edib ki, Bəxtiyar Hacıyev vəkilinə və Ombudsmana zəng etmək istəsə də ona imkan verilməyib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 30 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.
 
Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
 
Daha əvvəl professor Adil Qeybulla 1 saylı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevi müayinə edib.
 
BƏxtiyar Hacıyev artıq 31 gündür ki, aclıq aksiyası keçirir.
 
Aytac






 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol