• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmələri aclıq, susuzluqla şantaj edirlər - DEPUTAT/VIDEO

Məhkəmələri aclıq, susuzluqla şantaj edirlər - DEPUTAT/VIDEO
24.02.2023 12:03
Məhkəməni aclıqla, susuzluqla, şantaj etmək, hakimin iradəsinə təzyiq etmək qanun pozuntusudur. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib. 

O bildirib ki, ədalət mühakiməsini həyata keçirmək müstəsna olaraq məhkəmələrin səlahiyyətində olan məsələdir.


"Bu gün Azərbaycanda çox pis bir tendensiya formalaşıb, bəlli dairələr tərəfindən belə bir yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu yaxud sosial media fenomeni istənilən cinayəti törədə bilər amma o, mühakimə edilməməlidir. Yaxud, hakimiyyəti tənqid edən şəxsin törətdiyi konret ictimai təhlükəli əmələ münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. Əks halda  dərhal hazır, sistemli mexanizmlər işə düşür ki, filankəs siyasi mövqeyinə görə təqib olunur. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid etdərək toxunulmazlıq statusu qazana bilər?  Yaxud hakimiyyəti tənqid edən adam dələduzluğa, oğurluğa qətlə görə məhkium edilibsə o siyasi məhbudur? Yaxud hakimiyyəti tənqid edən şəxsin hüquq var ki, polisə, hakimiyyət nümayəndəsinə müqavimət göstərsin, yaxud məhkəməyə hörmətsizlik etsin?” – deputat bildirib. 

Millət vəkili qeyd edib ki, bir qism şəxslər məhkəmə öncəsi məhkəmə önündə aksiya keçirir və şəhid ailələrini prosesə cəlb edirlər. Məhərrəmov hesab edir ki, bu  sadəcə iyrənclikdir.
 

 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol