• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan daha bir ölkəyə nişasta ixrac etməyə başlayıb

Azərbaycan daha bir ölkəyə nişasta ixrac etməyə başlayıb
25.02.2023 19:00
Ötən ilin 4 rübü ərzində Azərbaycana 1,453 milyon ABŞ dolları dəyərində 2 min 366 ton nişasta idxal edilib.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,2 % çoxdur, kəmiyyət olaraq – 29 % azdır.

Rusiyadan 769,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azalıb) 1 min 351 ton (-50 %), Türkiyədən 320,5 min ABŞ dolları dəyərində (+95 %) 304 ton (+71 %), Qazaxıstandan 167,4 min ABŞ dolları dəyərində 280 ton (ilk dəfə tədarük həyata keçirilib), İrandan 147,2 min ABŞ dolları dəyərində (+28 %) 395,3 ton (+10 %), Ukraynadan 45,1 min ABŞ dolları dəyərində (+32 %) 34,8 ton (-24 %) məhsul alınıb.

Hesabat dövründə ölkədən xaricə 369,9 min ABŞ dolları dəyərində (+11 %) 695 ton (-20 %) nişasta göndərilib.

Gürcüstana 256 min ABŞ dolları dəyərində (-8 %) 480 ton (-35 %), Türkmənistana 102,1 min ABŞ dolları dəyərində (+82 %) 195 ton (+50 %), Özbəkistana 11,4 min ABŞ dolları dəyərində 20 ton və Qətərə 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.

Bir il 9 aylıq fasilənin ardından Özbəkistana tədarük bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə nişasta ixrac edilib. (report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol