• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın 25 faizi minadan təmizlənib

Ağdamın 25 faizi minadan təmizlənib
28.02.2023 13:51
Ağdamın 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib. Bunu jurnalistlərə açıqlamasında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Bildirilib ki, ötən illər ərzində Ağdam üzrə 16 min hektardan çox ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.
 
"Bu ilin planına uyğun olaraq daha 10 min hektardan çox ərazi təmizlənərək adiyyəti üzrə təhvil veriləcək. Təxminən Ağdam rayonunun 25 faizi mina və partladılmamış sursatlardan təmizlənib",- Vüqar Süleymanov bildirib
 
Azərbaycanda iki il ərzində 279 nəfər minaya düşüb. Bu barədə  Baş Prokurorluğun hesabatında deyilib. 
 
Onlardan 123 mülki şəxs 156 nəfər isə hərbi qulluqçudur. 
 
Mina partlaması nəticəsində 46 nəfər həyatını itirib. Onlardan 35 mülki, 11 isə hərbi qulluqçudur. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi 2022-ci il bəyanat yayaraq bildirib ki, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar var. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.
 
Rəsmi Bakı Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib.

Aytac Zeynalova
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol