• $
  • €
  • ₽
  • ₺
  • £

Beyləqanda yeni subartezian quyusu 100 ailəyə xidmət edir

Beyləqanda yeni subartezian quyusu 100 ailəyə xidmət edir
07.03.2023 23:00
Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Beyləqan Suvarma Sistemləri İdarəsi  Beyləqan rayonunda 51356 ha, İmişli rayonunda isə 639 ha sahəni suvarma su ilə təmin edir. Hazırda idarənin balansında 1300 km-ə yaxın uzunluğunda suvarma kanalı, 1333 km uzuluğunda kollektor-drenaj şəbəkəsi, 117 ədəd subatrezian quyusu var.  İdarə tərəfindən mütəmadi olaraq nasazlıqlar olan quyulara baxış keçirilir və dərhal aradan qaldırılır. Bu məqsədlə 103 ədəd subatrezian quyusu  cari təmir edilib. Bundan başqa son illər ərzində torpaq məcralı kanalların beton üzlüyə alınması ilə su itkisinin də qarşısı alınmış olub. Hazırda bu istiqamətdə işlər davam edir.

Əsasən yay aylarında su problemi yaşanan Kəbirli kəndində qazılan yeni subartezian quyusu vasitəsi ilə kənd sakinlərinin suvarma və içməli suya olan təlabatı ödənilib. Bu quyu vasitəsilə 100 ailənin su problemi aradan qaldırılıb.

 Beyləqan Suvarma Sistemləri İdarəsi tərəfindən  istismar tədbirlər planına uyğun olaraq 2022-ci il ərzində 195 km uzunluğunda suvarma kanalı, 107 km uzunluğunda kollektor-drenaj şəbəkəsini lildən təmizlənib, 2351 min kbm. həcmində torpaq işi görülüb, 24 ədəd hidrotexniki qurğu təmir olunub. Su istifadəçilərinə suvarma suyunun vaxtında və itkisiz çatdırılması üçün torpaq kanallarda, o cümlədən müəyyən ərazilərdə müşahidə olunan şoranlaşmanın qarşısının alınması məqsədilə kollektor-drenaj şəbəkələrində mütəmadi olaraq lildən təmizləmə işləri aparılır.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi iki su mənbəyinin, Xan qızı kanalı vasitəsi ilə Araz çayının, Qarabağ kanalı vasitəsi ilə Kür çayının suyundan istifadə edərək əkin sahələrinin suvarılmasını həyata keçirir. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol