Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xanım sürücüləri və piyadaları təbrik edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.
Onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.
www.anews.az
Son xəbərlər 
Daha çox 























