• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini uzunömürlülük artıb deyir - Statistika isə əksini göstərir

Nazir müavini uzunömürlülük artıb deyir - Statistika isə əksini göstərir
16.03.2023 16:01
Son 10 ildə Azərbaycanda uzunömürlülük artıb. Bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib. 

"Tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib. Bu baxımdan uzunömürlü yanaşmanın həm sosial, həm də iqtisadi cəhətdən idarə olunması qaçılmazdır. Tibbin imkanlarından istifadə etməklə insanların sağlam və produktiv yaşamasına, aktiv həyat tərzi sürməsini təmin etmək mütləqdir",- nazir müavini əlavə edib.
 
Nazir müavini bildirib ki, Azərbaycanda səhiyyə xidmətlərinin əlçatanlığının yaxşılaşması nəticəsində ana və uşaq ölümlərinin sayında azalma var.
 
Dövlət Statistika Komitəsinin statistikalarına görə son 9 ildə Azərbaycanda ümumilikdə ölüm sayı 9391 nəfər çox olub. 
 
Belə ki, 35-39 yaş arası 317 nəfər, 40-44 yaş arası 239 nəfər, 45-49 yaş arası 188 nəfər, 50-54 yaş arası 460 nəfər, 55-59 yaş arası 2719 nəfər, 60-64 yaş arası isə 5468 nəfər çox insan həyatını itirib. 

Son doqquz ildə isə ana ölümü səviyyəsi 14,4%-dən 17,8% qədər artıb. 
 
Martın 7-də Milli Məclisin deputatı Razi Nullayev Milli Məclisdə pensiya yaşının azaldılması təklifini irəli sürərkən bildirib ki, Azərbaycanda ölüm yaşı cavanlaşıb. 
 
"Dünyada yaş həddi əsasən 65-dir. O ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər çox cavanlaşıb. 30 yaşlı cavan ürəktutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbiristanlıqlarda bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir", - deputat çıxışında söyləyib. 
 
Birləşmiş Millətlər Təşkilatının fevralda açıqladığı hesabata görə dünyada hər iki dəqiqədən bir ana ölümü baş verir. 
 
Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir. Əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.
 
Gülnar Nazimqızı 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol