• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ilin 2 ayında narkotik cinayətləri - STATİSTİKA

2023-cü ilin 2 ayında narkotik cinayətləri - STATİSTİKA
16.03.2023 12:21
2023-cü ilin yanvar-fevralında ümumilikdə 2035 cinayət faktı aşkarlanıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
 
Narkotik vasitələrin qanunsuz satışı 659, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması 1350, qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi 9, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
 
2022-ci ildə Azərbaycanda qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu da 2021-ci il ilə müqayisədə 24,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Cinayətlərin 62,8 faizi narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,  32,4 faizi qanunsuz satışı, 3,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
 
Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş   674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş, 18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil edib.

Aytac Zeynalova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol