• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb
18.03.2023 11:05
Martın 18-dən "Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə sərnişin daşımalarına start verib.

Bu barədə ADY-dən məlumat verilib.

Bakı-Qəbələ marşrutu üzrə sürət qatarı Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində rə, isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir.

Bakı-Ağstafa marşrutu üzrə sərnişin qatarı saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir. Bu marşrut üzrə bu gün daha bir reys - saat 17.00-da həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları”, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys təyin edib. 19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir.

Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol