• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx də islahatlara başladı

Şeyx də islahatlara başladı
22.03.2014 14:38
Son vaxtlar Azərbaycandakı xoşagəlməz dini vəziyyət dövləti ciddi düşünməyə məcbur edib.Artıq bütün sahələrdə missionerliyin qarşısı alınması üçün ciddi tədbirlər görülməyə başlayıb. Xüsusilə rəsmi qurumlarda müxtəlif ziyanlı dini cərəyanların təmsilçiləri nəzarətə götürülüb. Onların dövlət üçün təhlükə yaradan fəaliyyətləri araşdırılır. Bu vəziyyətlə bağlı ölkədə yarana biləcək hər türlü dini duruma cavabdeh olan Qafqaz Müsəlmanları İdarəsinin üzərinə böyük məsulliyyət düşüb. Azərbaycandakı dini vəziyyətin belə acınacaqlı hala gəlib çıxmasından sonra Şeyxulislam  Allahşükür Paşazadəyə də müəyyən tapşırıqlar verilib. Bununla bağlı ciddi tədbirlər görməsi tövsiyə olunub.Şeyx isə öz növbəsində artıq əməli tədbirlər görməyə başlayıb. Belə ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, paytaxtın mühüm əhəmiyyət kəsb edən məscidlərin axundlarının dəyişdirilməsinə başlanılıb. Yeni təyin olunan axundlara xütbələr oxuyarkən dindarlara Azərbaycanın dövlət maraqları, dövlət təhlükəsiziliyi ilə bağlı marifləndirici məlumat yaymaq tapşırılıb. Bu proses əksər məscidlərdə həyata keçiriləcək və yerində olamayan bütün axundlar dəyişdiriləcək. Hələ ki, bu siyahıda Bakıxanov qəsəbəsindəki “İmam Rıza” məscidini, “Neftçilər” metrosunun yaxınlığındakı Sahib Əzizaman məscidini və digər məscidləri göstərmək olar. Hazırda axundları dəyişdirilən məscidlərin siyashısını hazırlayırıq. Yaxın zamanda bununla bağlı ətraflı məlumat veriləcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol