Astarada 4 yaşlı uşağı it dişləyib

Astara rayonunda 4 yaşlı uşağı it dişləyib.
Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Toradi kəndində baş verib. 4 yaşlı A. Sahil qızı Hüseynzadə həyətdə oynayarkən it hücum edərək onun üz nahiyəsini dişləyib. Yaralı azyaşlı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı zərdab vurulub. Ambulator müalicəyə buraxılıb.
www.anews.az
























