• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü 60 gündür aclıq aksiyası keçirir

AXCP üzvü 60 gündür aclıq aksiyası keçirir
07.04.2023 12:28
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan şöbəsinin sədri Zamin Salayev 60 gündür aclıq aksiyası keçirir. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.
 
Vəkil Zamin Salayevlə sonuncu dəfə aprelin 6-da görüşdüyünü vurğulayıb.
 
"Zamin Salayev aclığı davam etdirir. Hərəkət etmək imkanları artıq məhdudlaşıb, 39 kiloqram çəki itirib, səhhətində ciddi problemlər var. Zamin bəy bildirir ki, əl barmaqlarında keyimə var, danışmaqda çətinlik çəkir"- vəkil vurğulayıb

O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz edir.
 
Vəkil bildirib ki, aprelin 7-də Zamin Salayevin Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacaq.

Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.
 
Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.

Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Aytac Zeynalova 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol